ATU-nun Onkoloji Klinikasının baş həkimi: 37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də müayinəyə gəlir

ATU-nun Onkoloji Klinikasının baş həkimi: 37 il əvvəl əməliyyat olunan xərçəng xəstəsi hələ də müayinəyə gəlir
05 2017 17:20

Bədxassəli şişləri xarakterizə edən əlamətlər xəstəliyin gec dövründə ortaya çıxır. Bu da xəstəliyin ilkin mərhələdə aşkarlanmasını gecikdirir. Belə olan təqdirdə bəşəriyyətin ən qorxulu xəstəliklərindən biri sayılan xərçəngə qarşı necə mübarizə aparılmalıdır? Hansı əlamətlərdən şübhələnib həkimə getmək lazımdır? Xərçəng – mütləq ölüm deməkdirmi?

AZƏRTAC Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu və digər sualları 4 fevral – Dünya Xərçənglə Mübarizə Günündə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi, dosent Nəsimi Qasımov cavablandırıb.

N.Qasımov bildirib: “Dünya əhalisində bədxassəli şişə yoluxanların sayı hər il artır. Bədxassəli şişlərin belə geniş yayılması müasir həyatın texniki cəhətdən zənginləşməsi, sosial həyatın yaxşılaşması, istehsalın artması ilə əlaqədardır. Belə ki, artıq ətraf mühitin çirklənməsi bizdən asılı olmayaraq hər il artır. Sənayeni nə qədər əhalinin yaşayış sahəsindən kənara aparsaq da, bu, mümkün deyil. Məsələn, avtomobilsiz yaşamaq mümkün deyil. Hər bir avtomobil də kanserogen maddə olan üç-dörd benzipiril atmosferə buraxır. İnsanların böyük əksəriyyəti siqaret çəkir, bu da ağciyər xərçəngini yaradan amillərdən biridir. Qadınlarımız normal doğuşla nəticələnən hamiləliklərin sayını kifayət qədər azaldıblar. Əgər əvvəl ailədə uşaq sayı beş-yeddi idisə, indi bu uşaqların sayı bir-ikidir. Qidalanma faktorunu qeyd etmək lazımdı. Ət və ət məhsullarının qəbulu gündəlik rasionda kifayət qədər artıb, süd məhsulları, meyvə-tərəvəz qəbulu olduqca azalıb. Bütün bunların xəstəliyin artmasına təsiri olur.

Ölkəmizdə ən çox süd vəzisi, ağciyər və mədə xərçəngi xəstəsi qeydə alınıb və bu dünya göstəriciləri ilə təqribən üst-üstə düşür. Klinikamıza müraciət edən xəstələrin də əksəriyyəti əsasən bu üç növ xərçəngdən əziyyət çəkir. Lakin onlar arasında onkoginekolojiyönümlü müraciətlər üstünlük təşkil edir. İl ərzində orta hesabla xəstəxanamıza on minə qədər insan bədxassəli şişlə müraciət edir. Bunların böyük əksəriyyəti kimyəvi dərman terapiyası alır. Ötən ilin hesabatına əsasən 2600-ə qədər xəstə əməliyyat olunub.

Xəstəliyin simptomlarına gəldikdə isə bədxassəli şişləri xarakterizə edən simptomlar onların gec dövrünə təsadüf edir. İlkin dövrdə hər orqana xas olan simptomlara bəzən rast gəlinir. Əgər söhbət süd vəzisindən gedirsə, hər bir qadın özünü müayinə etməlidir. Mədə-bağırsaqda insanlar narahatlıq hiss etdikdə yubanmadan həkimə müraciət etməlidirlər. Nəcis, sidikdə və ya bəlğəmdə qan olarsa bu da şübhə doğuran amillərdəndir. Ümumiyyətlə, insanlar özlərinə diqqət yetirməlidirlər. Xəstəliyi tez aşkar edə bilmək üçün yaşı 35-i keçmiş hər kəs ildə bir dəfə tam müayinə olunmalıdır. Bunun üçün həm ATU-nun Onkoloji Klinikası, həm də Milli Onkologiya Mərkəzində hər bir şərait var. Klinikaya gəlməyə vaxtı olmayanlar yaxınlıqda yerləşən poliklinikalara müraciət edib, ağciyərlərin rentgenini və ya süd vəzilərini müayinə edə bilərlər.

Hər bir xəstəlik kimi xərçəng də mütləq ölümlə nəticələnmir.1979-cu ildə yəni 37 il əvvəl əməliyyat etdiyim xəstə hələ də müayinəyə gəlir və belə insanlar indi müalicə etdiyimiz xəstələri ruhlandırır”.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.