ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts fevralın 2-də Gürcüstana səfərə gələcək. Səfərin əsas məqsədi bu ölkələrdə dondurulmuş münaqişələrin həlli ilə bağlı müzakirələr aparmaqdır.
ATƏT-in fəaliyyətdə olan sədri fevralın 3-də Tbilisidə Gürcüstanın Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşəcək. O, elə həmin gün axşam saatlarında Moldovaya gedəcək.
S.Kurts deyib ki, Avstriyanın quruma sədrliyi dövründə əsas prioritetlərimiz bu regionlarda insanların həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həllində ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqu inkişaf etdirməkdir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.