Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın 12-14 yanvarda Bakıya səfər edəcəyi planlaşdırılır.
Trend-in təşkilatın saytına istinadən verdiyi məlumata görə, Ş.Şennak və S.Predanın ölkə rəhbərliyi, o cümlədən parlament spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, Baş prokuror, Vəkillər Kollegiyasının sədri, həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daxil olmaqla, parlamentarilərlə görüşəcəyi nəzərdə tutulur.
Bundan başqa, həmməruzəçilər vətəndaş cəmiyyətinin və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşməyi planlaşdırırlar.
Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.