AİDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir (FOTO)

AİDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir (FOTO)
15 Dek 2016 09:09

14-15 dekabrda Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev İslam İnkişaf Bankı tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş “İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi” tədbirində iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən tədbirin keçirilməsinin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin inkişafa yardım agentlikləri arasında informasiya mübadiləsinin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin təşviq edilməsidir.

AİDA-nın fəaliyyəti haqqında tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib.

Görüş çərçivəsində AİDA Agentliyinin rəhbəri Ə.Şıxəliyev və İslam İnkişaf Bankının prezidenti Bandar Haccar Cənub-Cənub Əməkdaşlığı və Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolunu imzalanıb. Sənəddə tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AİDA İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının həyata keçirilməsi çərçivəsində əməkdaşlığı davam etdirir. Kampaniyanın 2009-2015-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində 8 Afrika ölkəsində görmə qabiliyyətini tam və ya qismən itirmiş 50000-dən çox insan ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşub.




2 İyun 2023
Siyasət

Cibuti prezidenti İlham Əliyevə məktub göndərdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Prezidentdən daxili işlər orqanları əməkdaşlarının ştat sayı həddi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirilib. 

2 İyun 2023
Siyasət

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

2 İyun 2023
Siyasət

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”

“ İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb.