AFFA Azərbaycan - Almaniya matçından əldə etdiyi gəliri açıqlayıb

AFFA Azərbaycan - Almaniya matçından əldə etdiyi gəliri açıqlayıb
12 2017 08:52

AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəliri açıqlayıb.

Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və “SkyBox” satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:1.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.