ADU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

ADU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
13 2017 11:42

Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Sosial elmlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva 20 Yanvar faciəsinin Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, Azərbaycanın müstəqilliyinin çoxlu qurbanlar hesabına əldə edildiyini vurğulayıb.

Adıçəkilən kafedranın professoru Məhəmməd Teymurlu faciə haqqında öz fikirlərini iştirakçılarla bölüşüb. Qanlı olay nəticəsində yüzlərlə günahsız insanın həyatını itirdiyini söyləyən professor imperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyib. O, tələbəmizin meydan hərəkatında iştirakından və vətənpərvərliyindən söz açıb. M.Teymurlu vətənin azadlığı uğrunda şəhid olanların qanlı günü şanlı günə çevirdiyini sözlərinə əlavə edib.

Sonra kafedranın dosenti Şəlalə Bağırova 20 Yanvar faciəsinin Azərbaycan tarixində istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu diqqətə çatdırıb. O, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyini bildirib. Ş.Bağırova Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 Yanvar faciəsinə qarşı kəskin etirazını bildirdiyini, onu törəndələri ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini diqqətə çatdırıb.

Daha sonra kafedranın baş müəllimi Namiq Kərimov Azərbaycan xalqına qarşı törədilmiş cinayətin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmadığını söyləyib. O, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayətin xalq kütlələrini daha da birləşdirdiyini və milli-azadlıq hərəkatını gücləndirdiyini qeyd edib. N.Kərimov bildirib ki, milli-azadlıq hərəkatı SSRİ-nin dağılmasını surətləndirən amillərdən biri olub. Sonda tədbir iştirakçıları mövzuyla bağlı fikir mübadiləsi aparıblar.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.