Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti Şəlalə Bağırovanın tədris etdiyi Azərbaycan tarixi fənnindən “Əziz Əliyev dövlət xadimi kimi” mövzusunda tematik dərs keçirilib.
ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin 101 a və 101 b qrup tələbələrinin iştirak etdiyi dərsdə Ş.Bağırova Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin siyasi fəaliyyəti, Cənubi Azərbaycanda gördüyü işlər, azərbaycanlılar arasında millətçilik ruhunun yüksəlməsi, ana dilinin qorunub saxlanılmasından danışıb. Əziz Əliyevin fəaliyyəti zamanı Cənubi Azərbaycanın Şimalla birləşdirilməsi ehtimalının daha yüksək olduğunu qeyd edən Ş.Bağırova Sovetlər Birliyinin çirkin siyasəti nəticəsində İrandan sovet qoşunlarının çıxarılması ilə əlaqədar Əziz Əliyevin öz silahdaşları ilə birlikdə geri qayıtmalı olduğunu deyib. O, Əziz Əliyevin qayıtdıqdan sonra Dağıstanda Vilayət Partiya Komitəsinin sədri təyin olunduğunu diqqətə çatdıraraq göstərdiyi xidmətlərdən söz açıb.
Tələbələrdən Aytac İsmayılzadə Əziz Əliyevin həyatı, Təranə Məmmədzadə həkimlik fəaliyyəti, Natiqə Eyvazova dövlət xadimi kimi gördüyü işlər və repressiya dövrü haqqında məlumat veriblər.
Tematik dərs tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlu Xocalı soyqırımını anıb.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.