Dünya birjalarında neft bahalaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92 dollar və ya 1,78% artaraq 52,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar və ya 1,58% artaraq 55,76 dollar olub.
Neftin kəskin bahalaşmasına səbəb ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri tərəfindən Suriya ərazisində yerləşən aviabazaya raket zərbələrinin endirilməsidir. ABŞ tərəfi bildirib ki, zərbələrin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.
Məlumata görə, "ABŞ Suriyaya onlarla qanadlı raket atıb". ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin ümumi daxili məhsulda payı 13,4 faizdir. Eləcə də, KOB-ların ölkədaxili ümumi məşğulluqda payı 42,9 faizi təşkil edir.
Bakı-Tbilisi-Qars ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb.