ABŞ şou-biznesinin ulduzları Barak Obamanın vida şənliyində iştirak ediblər

ABŞ şou-biznesinin ulduzları Barak Obamanın vida şənliyində iştirak ediblər
07 2017 14:32

Səlahiyyətlərinin icrası başa çatmaqda olan ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə keçirilən vida şənliyinə şou-biznes ulduzları da dəvət edib.

REALPRESS.Az Report-a istinadlan xəbər verir ki, bu barədə CNN telekanalının prodüseri Batsi Klyayn “Twitter” səhifəsində yazıb.

Prodüser bildirib ki, B.Obamanın prezident vəzifəsindən gedişi ilə əlaqədar Ağ Evdə təşkil edilən şənliyə müğənni Beyons və onun həyat yoldaşı, reper Jay-Z, məşhur amerikalı teleaparıcı Opra Uinfri, aktyorlar Samuel L.Cekson və Bredli Kuper, müğənni və bəstəkar Stivi Uander, Oskar qazanan aktrisa Merip Strip və başqaları dəvət edilib.

Xatırladaq ki, B.Obamanın səlahiyyətləri yanvarın 20-də başa çatır. Elə həmin gün yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi keçiriləcək.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.