ABŞ polisindən etirazçılara xəbərdarlıq: Güc tətbiq oluna bilər!

ABŞ polisindən etirazçılara xəbərdarlıq: Güc tətbiq oluna bilər!
02 2017 11:54

ABŞ polisi Berkli şəhərində Kaliforniya Universitetinin qarşısında etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq etməyə hazır olması barədə xəbərdarlıq edib.

Trend-in ABC telekanalına istinadən verdiyi məlumata görə, tələbələrin etirazına "Breitbart News" internet resursunun redaktoru Maylo Yannopulosun planlaşdırılan mühazirəsi səbəb olub.

Bundan əvvəl "Breitbart News"a rəhbərlik edən ABŞ Prezidenti Donald Trampın müşaviri Stiven Bennon bildirib ki, bir çox nümayişçilər respublikaçı prezidentin əleyhinə çıxış ediblər.

Ərazini əhatəyə alan polis qarışıqlığı aradan qaldırmaq üçün dəyənək və kimyəvi vasitədən istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.

CNN telekanalı bir neçə evin pəncərələrini sındıran yüzlərlə etirazçının küçələrdən birini bağladığını bildirir.

"Reuters"in məlumatına görə, M.Yannopulos Berklidəki çıxışını ləğv edib. O, kampusdan təxliyə edilib.


24 Yan 2025
Dünya

Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşüb.

24 Yan 2025
Dünya

Türkiyədə zəncirvari qəza olub, 3 nəfər ölüb, 33-ü yaralanıb

Türkiyənin Konya şəhərində yük maşını ilə sərnişin avtobusu yolda dayanmış TIR-a çırpılıb.

24 Yan 2025
Dünya

Böyük Britaniya və İrlandiyada nəqliyyatın fəaliyyəti iflic olub

Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.

24 Yan 2025
Dünya

Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib

Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib.

24 Yan 2025
Dünya

Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib

Tailandın paytaxtı Banqkokda hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən 350-dən çox məktəb bağlanıb.