ABŞ-ın Nebraska ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Nebraska ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib
27 2017 08:58

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) Azərbaycanın milli bayramı - Respublika Günü ilə bağlı bəyannamə imzalayaraq, 2017-ci ilin 28 may tarixini rəsmi olaraq, “Azərbaycan Milli Günü” elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılıb. Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanıb. Bəyannamədə həmçinin ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
 
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John  Gale) tərəfindən də imzalanıb.

13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.