ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub (YENİLƏNİB)

ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub (YENİLƏNİB)
30 Dek 2016 15:56

2017-ci ilin yanvarından etibarən səfir Riçard Hoqland müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri vəzifəsini icra edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, o, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms Uorliki əvəz edəcək.

R.Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011-ci illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013-cü illərdə isə Pakistanda səfir müavini kimi çalışıb. R.Hoqland bu yaxında Siriyada zorakılığın dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə o, Avropa və Avrasiya məsələləri Bürosunda Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-ın Moskvadakı sSəfirliyinin sözçüsü olub.

Birləşmiş Ştatların Dağlıq Qarabağ münəqişəsinin dinc həlli yolunun tapılması üçün tərəflərlər işlədiyi bir vaxtda R.Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. ABŞ tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır.

C.Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.


31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.

30 Yan 2023
Hərbi

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə - FOTO

Türkiyə Silahlı Qüvvələrinin “Qış təlimi-2023” təlimləri sərt hava şəraitində - Qarsda 17 dərəcə şaxtada keçirilir.

23 Fev 2022
Hərbi

Azərbaycan ordusuna komandoların qəbulu elan edilib

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.