ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq rəhbəri Yaponiya Kibertəhlükəsizlik Agentiliyinin məsləhətçisi olacaq

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq rəhbəri Yaponiya Kibertəhlükəsizlik Agentiliyinin məsləhətçisi olacaq
08 2017 09:50

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq rəhbəri, general Kit Aleksander apreldə fəaliyyətə başlayacaq Yaponiya İnformasiya Texnologiyalarının Təşviqi Agentliyinin tərkibinə daxil olacaq. Bu barədə NHK telekanalı məlumat yayıb.

Kit Aleksander 2005-2014-cü illərdə MTA-ya rəhbərlik edib. General həmin vəzifədən “Snoudenin işi” adlandrılan qalmaqala görə kənarlaşdırılıb. Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı bu qurumlar tərəfindən yalnız terrorçuluq fəaliyyətində şübhəli bilinənlər barədə deyil, eyni zamanda, qanunlara tabe olan vətəndaşlar, o cümlədən bir çox xarici ölkələrin yüksək vəzifəli məmurları və rəhbərləri haqda məlumatları 2013-cü ildə kütləvi-informasiya vasitələrinə ötürmüşdü.

İctimailəşən məlumatlar geniş rezonans doğuraraq, həm ölkə daxilində, həm də ABŞ-ın izləmə obyekti olan müttəfiqləri arasında MTA-nın kəskin tənqidinə səbəb olmuşdu.

Yapon agentliyinin qənaətinə görə, yeni qurumun əməkdaşları K.Aleksanderin böyük təcrübəsindən çox faydalana bilərlər. Belə ki, yeni yaradılan agentliyin fəaliyyətinə yapon kompaniyalarından və müəssisələrindən məlumatların sızmasının qarşısını almaq da daxil olacaq.

MTA-nın məxfi məlumatlarının kənara sızması ilə bağlı ən böyük hadisə məhz K.Aleksanderin bu quruma rəhbərlik etdiyi dövrdə baş verib. O, yapon şirkətlərinin göndərəcəyi 100 əməkdaşa xüsusi olaraq yaradılan haker hücumunu modelləşdirən proqram vasitəsilə kiberhücumların qarşısını almağı öyrədəcək.


14 Fev 2025
Dünya

HƏMAS: İsrail 369 fələstinli məhbusu azad edəcək

İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.

14 Fev 2025
Dünya

Pakistanda bomba partlayışı nəticəsində 10 nəfər ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Xarnay dairəsində avtomobilin yaxınlığında bomba partlayıb.

14 Fev 2025
Dünya

Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

14 Fev 2025
Dünya

Türkiyədə avtobus aşıb: Dörd ölü, 32 yaralı

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun aşması nəticəsində dörd nəfər ölüb, 32 nəfər yaralanıb.

13 Fev 2025
Dünya

Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ötən gün keçirilən telefon danışıqlarını müsbət qiymətləndirib.