ABŞ dolların bahalaşmasında maraqlıdırmı?

ABŞ dolların bahalaşmasında maraqlıdırmı?
02 2017 15:26

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən, fevralın 1-də bitən 2 günlük iclasında uçot dərəcəsinin artırılması üçün əsas şərtin inflyasiyaya bağlı olduğu açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, iclasın yekunları ilə bağlı açıqlamalarında FED rəhbəri Canet Yellen əmək bazarının iş yerlərinin artmasından məmnun olduğunu, iqtisadiyyata inamın yüksəldiyini, inflyasiyanın isə hədəf 2% səviyyəsindən hələ də aşağı qaldığını bildirib. 

Yellen yanvar ayındakı çıxışında uçot dərəcəsinin təcili şəkildə artırılaraq inflyasiyanın sürətinin yavaşlatmaq zərurətindən danışdığı halda, dünənki çıxışında inflyasiya hədəfinə çatmaq lazım olduğunu deyib. 

Yüksələn neft qiymətləri amili və yeni tətbiq olunması gözlənilən idxal gömrük rüsumlarının inflyasiyanı sürətləndirəcəyi fikri isə vurğulanmayıb. 

Nəticədə, dollar digər valyutalarla müqayisədə ucuzlaşıb. Lakin buna ABŞ-da açıqlanan özəl sektor əmək bazarında yeni iş yerlərinin sayının 246 min nəfər artması ilə bağlı göstəricinin açıqlanması mane olub. Belə ki, bu göstəricinin 165 min nəfər artacağı proqnozlaşdırılırdı.
“Report”un analitik qrupu FED rəhbərinin, eləcə də ABŞ prezidenti və onun müşavirinin son günlərdə daha ucuz dollar arzu etdikləri ilə bağlı açıqlamaları dolların hazırkı məzənnəsinin məqbul olduğunu göstərir.

Belə ki, uçot dərəcəsinin artırılması gözləntiləri ilə güclənmək istəyən dolların bahalaşmasının qarşısı bu cür açıqlamalarla alınır. Yəni, uçot dərəcəsi hətta 2,5% səviyyəsinə qədər artırılarsa, əsas valyuta cütlüyü - USD/EUR-un əsaslı şəkildə paritetdən aşağı düşməsinin arzu olunmadığını göstərir. 

Analitik qrup dolların məzənnəsinin yaxın iki ildə əsas valyutalarla müqayisədə cari səviyyədə qalacağını, möhkəmlənmənin isə sonrakı mərhələdə davam edəcəyini proqnozlaşdırır.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.