Dünya birjalarında neft ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,88 dollar və ya 1,82% azalaraq 47,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar və ya 0,61% azalaraq 50,65 dollar olub.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.