ABŞ prezidenti Donald Trampın imzaladığı miqrasiya fərmanlarından sonra 100 mindən çox viza ləğv olunub.
REALPRESS.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.
Məlumata görə, bu rəqəm ABŞ-a buraxılmayan iki Yəmən vətəndaşının işi üzrə məhkəmədə səsləndirilib.
Qeyd edək ki, D.Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.
Bundan əlavə, D.Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.