ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib
24 2017 10:55

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda Azərbaycanda “Qara yanvar” kimi anılan faciənin kommunizm zülmündən qurtuluş, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.

Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş Sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130 nəfərin qətlə yetirildiyi, habelə yüzlərlə insanın yaralandığı və itkin düşdüyünü bildirib.

Bəyanatda “20 Yanvar Faciəsi”ni törətməklə Sovet rəhbərliyinin ittifaqa daxil olan digər dövlətlərdəki müstəqillik tərəfdarlarını da ruhdan salmağa çalışdığı vurğulanıb.

Konqresmen Kohen Sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, “20 Yanvar Faciəsi”nin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, Avropa dövlətlərinin və İsrailin enerji təhlükəsizliyinə töhfə verdiyini, habelə ölkəmizdə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.


4 Okt 2023
Siyasət

İlham Əliyev Maldivin yeni seçilmiş prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. 

4 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar. 

4 Okt 2023
Siyasət

Xələf Xələfov İran XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

4 Okt 2023
Siyasət

Prezident İlham Əliyev Qranada görüşündən imtina etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib.

4 Okt 2023
Siyasət

Türkiyəli sabiq nazir Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.