Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında “Avropa İttifaqı-Azərbaycan əlaqələri – münasibətlərin daha yüksək səviyyəsinə doğru” başlığı altında siyasi dinləmələr keçirilib.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dinləmələrdə Azərbaycan–Avropa İttifaqı əlaqələrinə dair geniş məruzə ilə çıxış edib.
Dağlıq Qarabağ münaqişəsi haqda da danışan M.Məmmədquliyev deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz iqtisadi fəaliyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Birliyinin xarici siyasət üzrə rəsmisi Federika Mogeriniyə 2 dəfə məktub yazıb, bu haqda onu bilgiləndirib. Ancaq hələ də cavab almayıb: “Təzəlikcə Avropa İnvestisiya Bankı Ermənistan və Gürcüstan sərhədində yolun tikintisini maliyyələşdirir. Və bizim təəccübümüzə o səbəb olub ki, burda iştirak edən şirkət Azərbaycanın işğal edilmiş ərazilərində də qeyri-qanuni tikinti işləri aparıb. Bu bank işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən bir şirkəti işə cəlb edib. Bu, tamamilə qəbuledilməzdir”.
Mahmud Məmmədquliyev bildirib ki, ümid edir baş verənlərlə bağlı cavab ala biləcəklər.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.