9-cu sinif şagirdləri üçün növbəti imtahan keçiriləcək

9-cu sinif şagirdləri üçün növbəti imtahan keçiriləcək
15 2017 16:01

Martın 18-də Bakı (xüsusi məktəblər) və  respublikanın 28 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.  Həmin gün ümumilikdə 35012 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

DİM-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, imtahan materialları (sual kitabçası, cavab vərəqi, inşa vərəqi) imtahanın sonunda nəzarətçilərə təhvil verilməlidir. Əks halda şagirdin imtahan nəticələri ləğv edilir. Materialların hər hansı  vasitə ilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanması da qadağandır. Belə hal baş verdikdə imtahan materiallarını yayanlar haqqında müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. İmtahan saat 11:00-da başlanır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər  rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu  rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsən rayonunda 294, Şəmkir rayonunda 2489, Göygöl  rayonunda 915, Samux rayonunda 687, Gədəbəy rayonunda 882, Qazax rayonunda 975, Ağstafa rayonunda 899, Tovuz  rayonunda 2059, Şamaxı şəhərində 1000, Mingəçevir şəhərində  1180, Naftalan şəhərində 80, Goranboy rayonunda 1363, Yevlax şəhərində 1344, Şəki şəhərində 1982, Zaqatala  rayonunda 1379, Balakən rayonunda 908, Qəbələ rayonunda  1357, Qax rayonunda  615, Oğuz  rayonunda 570, Göyçay şəhərində 1272, Ağdaş rayonunda 1256, İsmayıllı rayonunda 1039, Quba rayonunda 1942, Qusar rayonunda 1096, Xaçmaz şəhərində 2017, Şabran şəhərində 675, Siyəzən rayonunda 482 nəfər)  şagirdin  iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.