"Cyclemania Lady" və "Velo Səhərlə" qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, start və finiş nöqtəsi Azneft Meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib.
Bundan başqa, AVİF-in tərkibində fəaliyyət göstərən klub və cəmiyyətlərin velosipedçi qızları da bayram yürüşünə qoşulublar.
Milli Gimnastika Arenası dünya çempionatını qəbul etməyə tam hazırdır.
Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.