54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək

54 ölkənin parlamenti Xocalı qətliamının 25-ci ildönümünü qeyd edəcək
28 2017 14:35

İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı (İƏT Pİ) və Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumuna (İƏT Gənclər Forumu) Xocalı qətliamının 25-ci ildönümündə birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tapşırılıb.

İƏT Gənclər Forumunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Malinin paytaxtı Bamakoda keçirilən İƏT Pİ-nin 12-ci konfransında "İƏT Pİ və İƏT Gənclər Forumu arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilib.

Məlumatda bildirilir ki, dünən axşam Malinin paytaxtı Bamakoda öz işini yekunlaşdıran İƏT Pİ 12-ci sessiyasında 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir; Xocalı faciəsi “soyqırım və insanlığa qarşı cinayət” kimi tanınır, soyqırımı törədən cinayətkarların cəzalandırılmasına cağırılır.

Konfransın işində iştirak edən İƏT Gənclər Forumu heyətinin sədri Elşad İskəndərov sənədin əhəmiyyəti ilə bağlı bildirib:

"Qətnaməni qəbul edən bu nüfuzlu parlamentlər ittifaqı, Forumun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına yüksək qiymət verməklə, bu il Xocalı qətliamının 25-ci ildönümündə 54 ölkənin parlamentini İƏT Pİ və İƏT Gənclər Forumu ilə sıx əməkdaşlıqda ciddi siyasi-hüquqi tədbirlərin həyata keçirilməsinə cağırıb. Eyni zamanda, sənədin qəbulu onu göstərir ki, faciədən 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımı dünyanın vicdanını sızıldadan bir yara olaraq qalır və dünya ictimaiyyəti soyqırım təşkilatçılarının məsuliyyətə cəlb edilməsində qərarlıdır. Dünya parlamentlərinin təxminən dörddə birindən çoxunu öz sıralarında cəmləşdirən İƏT Pİ-nin bu qərarı həmçinin dünya ictimaiyyətinə saxta “erməni soyqırımını” sırımaq istəyən erməni lobbisinə də vurulan ciddi zərbədir”.

E.İskəndərov həmçinin qətnamənin qəbul edilməsində aktiv fəaliyyət göstərmiş Azərbaycan Milli Məclisinin İƏT Pİ-dəki nümayəndəsi millət vəkili Gövhər Baxşəliyevaya, Türkiyə Böyük Millət Məclisi heyətinə və İƏT Pİ-nin katibliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlamentlər İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.


15 Okt 2024
Siyasət

Tural Novruzov: "Şuşada yeni yaşayış binaları tikiləcək"

Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam etdiriləcək.

15 Okt 2024
Siyasət

İlham Əliyevin hakimiyyətə gəlişi region üçün yeni eranın başlanğıcı oldu

21 il əvvəl İlham Əliyevin hakimiyyətə gəlişi, istisnasız olaraq, bütövlükdə region üçün yeni eranın başlanğıcı demək oldu.

15 Okt 2024
Siyasət

Azərbaycan və Rusiya baş nazirləri strateji tərəfdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

15 Okt 2024
Siyasət

Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalanıb

"Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb".

15 Okt 2024
Siyasət

Azərbaycan və Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Albaniya arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.