4 fevral - Dünya Xərçənglə Mübarizə Günüdür

4 fevral - Dünya Xərçənglə Mübarizə Günüdür
04 2017 11:52

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir. Həmin Günün məqsədi - ictimaiyyətin diqqətini bu qlobal problemə cəlb etmək, onkoloji xəstəliklərin nə dərəcədə təhlükəli olmasını və indi çox geniş yayılmasını xatırlatmaqdır. 2016-2018-ci illərdə Dünya Xərçənglə Mübarizə Günü “Biz bacararıq. Mən bacararam” şüarı altında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, xərçəng hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması nəticəsində yaranan xəstəlikdir. Gün ərzində insan bədənində (DNT-də) təxminən 10000 mutasiya olmasına baxmayaraq immun sistemi hər millisaniyə bədəni təmizləyir və xərçəngli hüceyrələri yox edir. Xərçəng meydana gəldiyi toxumaya uyğun olaraq adlandırılır. Şişlər həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir.

Ümumiyyətlə 100-ə yaxın xərçəng növü mövcuddur. Bunların arasında ən geniş yayılmışları hockin limfoması, beyində şiş, melanoma, yumurtalıq, qalın bağırsaq, mədə, ağ ciyər, böyrək, sidik kisəsi və prostat xərçəngləridir.

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə xərçəng xəstəliklərinin yaranma səbəbləri yaxşı məlumdur və bu, yeni xəstəlik hallarının təxminən üçdə bir hissəsinin qarşısını almağa imkan verir. Xərçəng şişi erkən mərhələdə aşkar edildikdə onun uğurlu müalicəsi mümkündür. Bundan əlavə, xərçəngin bir sıra növlərində şişlərin erkən mərhələdə aşkar edilməsi və lazımi qaydada müalicəsi sağalma şansını artırır. Belə ki, məlum kanserogenlərin müxtəlif növləri ilə, o cümlədən tütün tüstüsü ilə kontaktdan çəkinməklə xərçəng xəstəliyinə tutulma hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar.

Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi addımlar atılıb və bu iş planauyğun şəkildə davam etdirilir. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzini (MOM) artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar.

2006-cı ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Onkoloji yardım haqqında” Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşların pulsuz xüsusi tibbi və sosial yardım alması üçün hüquqi əsas yaradıb, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” isə dövlətimizin təbabətə və Azərbaycan əhalisinin sağlamlığının qorunmasına qayğısının əyani göstəricisidir.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.