300-dən çox İsveç vətəndaşı İŞİD silahlılarına qoşulub

300-dən çox İsveç vətəndaşı İŞİD silahlılarına qoşulub
02 2017 09:48

Son bir neçə ildə İsveç Krallığının azı 300 təbəəsi İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa yola düşüb. Daha sonra onların yarısından çoxu vətənə qayıdıb.

İsveç KİV-lərinin yaydığı məlumata görə, bunu Krallığın Təhlükəsizlik Polisinin (SÄPO) baş direktoru Anders Turnberq jurnalistlər üçün xüsusi brifinqdə bəyan edib.

Baş direktor qeyd edib ki, “İslam dövləti”nə köçmək istəyənlərin sayının getdikcə azalmasına baxmayaraq, onlara rəğbət bəsləyən adamların sayı artır. Gizli maliyyə köçürmələri şəbəkəsinin fəaliyyət göstərməsindən danışan A.Turnberq bildirib ki, bir çox İsveç vətəndaşları həmin şəbəkələr vasitəsilə terrorçulara sponsorluq edirlər.

SÄPO-nun başçısı onu da bildirib ki, İsveçdə yerli gənclərin İŞİD sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir.

Təhlükəsizlik Polisinin baş direktorunun fikrincə, bütün bunlar ölkədə islam ekstremizminin zəifləməsindən danışmağın düzgün olmadığını göstərir.


14 Fev 2025
Dünya

HƏMAS: İsrail 369 fələstinli məhbusu azad edəcək

İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.

14 Fev 2025
Dünya

Pakistanda bomba partlayışı nəticəsində 10 nəfər ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Xarnay dairəsində avtomobilin yaxınlığında bomba partlayıb.

14 Fev 2025
Dünya

Ərdoğan Pakistanın baş nazirinə "Togg" avtomobili hədiyyə etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

14 Fev 2025
Dünya

Türkiyədə avtobus aşıb: Dörd ölü, 32 yaralı

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusunun aşması nəticəsində dörd nəfər ölüb, 32 nəfər yaralanıb.

13 Fev 2025
Dünya

Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ötən gün keçirilən telefon danışıqlarını müsbət qiymətləndirib.