“TrendForce” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4,7 faiz artaraq 1,36 milyard aparat təşkil edib. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti “Galaxy Note 7” qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq, smartfon bazarının lideri adını qoruyub saxlayıb. Ancaq mütəxəssislər hesab edirlər ki, ötən il Cənubi Koreya şirkəti üçün çox çətin olub. “Note 7” smartfonlarının batareyasında nasazlıq səbəbindən şirkət ötən il planlaşdırılmış tədarük həcminə nail olmayıb. “Samsung”, həmçinin smartfon bazarının payının azalmasını dayandırmağa da nail olmayıb: 2014-cü ildə bu şirkətin qlobal smartfon bazarına tədarükü 28 faiz olduğu halda 2015-ci ildə həmin göstərici 24,7 faiz, 2016-cı ildə isə 22,8 faiz təşkil edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Samsung” şirkətinin smartfon bazarında payının azalması Çinin “Huawei”, “Oppo” və “Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticələrinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutub. “Apple” şirkətinin smartfon bazarında payı 15,3 faiz təşkil edib.
Bundan başqa, Çinin daha 4 şirkəti (“Xiaomi”, “Lenovo”, “TCL” və “ZTE”) smartfonların top onluğunda qərarlaşıb. “TrendForce” şirkətinin məlumatına görə, Çin istehsalçıları ötən il 629 milyon smartfon istehsal edərək “Samsung” və “Apple” şirkətlərinin ümumi göstəricisini (519 milyon) ötüb.
“TrendForce” analitik şirkətinin 2017-ci il üzrə proqnozuna görə, dünya smartfon istehsalının həcmi 1,46 milyarda yaxınlaşacaq.
Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.
Türkiyənin Şırnak bölgəsində Qabar dağında aparılan seysmik və qazma işləri nəticəsində hər gün yeni neft yataqları kəşf edilir.
Krımda sahilə vuran fırtınadan sonra təxminən 9,3 min insan işıqsız qalıb.