2016-cı ildə gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

2016-cı ildə gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib
10 2017 14:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vvətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görüb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hesabat dövründə xidmətin vətəndaşların müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 928 995 manat məbləğind gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Həmin məbləğin 85,8 faizini gecikdirilmiş əmək haqları, 12,1 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Bir sıra vətəndaş müraciətlərində isə ayrı-ayrı şəxslərin işdən qeyri-qanuni şəkildə azad edildikləri ifadə olunub. Belə müraciətlərin araşdırılması zamanı 30 nəfər işçi ilə əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi aşkar edilib və görülən tədbirlər nəticəsində həmin vətəndaşlar əvvəlki iş yerlərinə bərpa olunublar.

Qeyd olunan tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi, əmək müqaviləsinə hansı hallarda xitam verilməsi, əməyin mühafizəsi, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə işəgötürənlərə ətraflı məlumatlar veriblər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.