“Counterpoint” şirkətinin analitiklərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon tədarükü 3 faiz yüksələrək 1,5 milyardı ötüb. Bu halda ilin son rübündə smartfonların tədarük həcmi 9 faiz artaraq 440 milyon aparat təşkil edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ötən il dünya bazarına “LTE” texnologiyasını dəstəkləyən 1 milyarddan çox smartfon tədarük olunub. Beləliklə, 5 qurğudan 4-ü dördüncü nəsil mobil rabitə standartını dəstəkləyib. Ekspertlər Çini “LTE” texnologiyasının tətbiqi üzrə lider adlandırıblar və bildiriblər ki, “LTE” abunəçilərinin ümumi sayının təxminən 50 faizi həmin ölkənin payına düşür.
ABŞ, Çin və Hindistan ən böyük smartfon satış bazarı olublar: 2016-cı ildə dünyada istehsal edilmiş smartfonların ümumi həcminin təxminən 50 faizi bu ölkələrə tədarük edilib.
Brendlər haqda məlumat verən analitiklər bildiriblər ki, ilin nəticəsinə görə, smartfon bazarının liderləri “Apple” və “Samsung” şirkətlərinin tədarük həcmində azalma qeydə alınıb, Çin şirkətləri (“Huawei”, “Oppo” və “Vivo”) isə artımı təmin ediblər.
Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.