20 yanvar faciəsinin 27-ci ildönümü Koreya mediasında

20 yanvar faciəsinin 27-ci ildönümü Koreya mediasında
17 2017 17:51

“The Korea Times” qəzetində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurovun müsahibəsi dərc olunub.

Trend qəzetə istinadən xəbər verir ki, “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalədə iki ölkənin tarixi oxşarlığı ilə bağlı sualı cavablandıran səfir R.Teymurov Azərbaycan və Koreyanın oxşar tarixə malik olduqlarını, hər iki ölkənin çoxsaylı işğallara və hücumlara məruz qalmalarına baxmayaraq, öz küllərindən yenidən doğulduqlarını və bu gün yerləşdikləri regionun lider ölkələrinə çevrildiklərini bildirmişdir.

Səfir R.Teymurov 20 yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərin və mətbuatda gedən müsahibələrin Azərbaycanla bağlı daha ətraflı məlumatın Koreya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirib. O, həmçinin bu kimi faciənin bir daha nə Azərbaycan, nə də hər hansı başqa bir ölkədə yaşanmayacağına ümidvar olduğunu bildirib.

Məqalədə 20 yanvar hadisələrinin qısa tarixçəsinə yer verilib, həmin qanlı gecədə 133 nəfər mülki şəxsin öldürüldüyü, 700 nəfərin yaralandığı qeyd edilib, bu hadisənin Azərbaycan xalqında qəzəb hissini oyatdığını və nəticədə 1991-ci ildə ölkənin müstəqilliyini əldə etdiyi qeyd edilib. 20 yanvar faciəsinin hər il ölkə səviyyəsində qeyd olunduğu, ölkə başçısının, hökumət və parlament üzvləri, digər yüksək vəzifəli şəxslər, o cümlədən ölkə əhalisinin Şəhidlər Xiyabanını ziyarət etdiyi və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycanın oğul və qızlarının yad edildiyi qeyd olunub.

Məqalədə eyni zamanda, bu il Xocalı Soyqırımının 25-ci ildönümünün qeyd edildiyi də vurğulanıb və soyqırım barədə məlumat verilib. Dağlıq Qarabağın Xocalı şəhərində Ermənistan hərbi qüvvələri və keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayı tərəfindən törədilmiş sıyqırım nəticəsində 613 etnik azərbaycanlının öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü, 76-sı yeniyetmə olmaqla 487 nəfərin əlil edildiyi qeyd olunub. Səfir R.Teymurov koreyalıların soyqırımla bağlı məlumatlandırılması istiqamətində Səfirlik tərəfindən aparılan işin davam etdiriləcəyini bildirib.

Məqalədə 2017-ci ilin Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyi və bu çərçivədə səfirlik tərəfindən bir sıra siyasi və mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığı qeyd edilib.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.