20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?

20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
17 2017 16:44

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün cərimələnən və ödəniş etməyən piyadaların ölkədən çıxışına və banklardan kredit götürməsinə qadağa qoyulduğunu açıqlayıb.

REALPRESS.Az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılova müraciət edib. 

Millət vəkili ciddi səbəblər olmadan, 20 manatlıq cəriməyə görə yüzminlərlə insanın ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib.

R.Cəbrayılov hər şeyin qanun çərçivəsində olduğunu deyib: 

“Şəxsin dövlətə borcu varsa, onun ölkədən çıxışına qadağa qoyulmalıdır. Adətən bu cinayət işləri üzrə olurdu, 2000-ci ildən başlayaraq inzibati xətalarda da tətbiq olunmağa başlanıldı. 

Qanunvercilikdə məbləğ qeyd olunmayıb, burada söhbət yalnız borcdan gedir. Bu, normal və qanuna tam uyğun bir haldır. Hər kəs ölkədən çıxanda dövlətə olan borcunu ödəməlidir. Burada məhkəmə qərarı da zəruri deyil. 

“Stop”u dövlətin icraedici orqanının istintaqı qoya bilir. Cərimə ödənildikdən sonra qadağa götürülür. Düzdür, bizdə belə bir problem var ki, bəzən cərimə ödənildikdən sonra da “stop” qoyan qurumun məsuliyyətsizliyi ucbatından qadağa aradan götürülmür. Cərimələnən piyadaların kütləviliyi hər hansı problem yaradacağını düşünmürəm. Borc varsa, ödənilməlidir. Dəqiq yadımda deyil, hansı Hollivud filmidir, orada sərnişinə deyir ki, “sizin 20 dollar borcunuz var”. O da dərhal pulu çıxarıb ödəyir”.

Komitə üzvü qeyd edib ki, problemin indi aktuallaşmasının səbəbi büdcə ilə bağlıdır: 

“Məsələnin indi gündəmə gəlməsi və “stop”un indi təqdim olunması büdcəmizlə bağlıdır. Biz etiraf edirik ki, dövlət büdcəsində müəyyən problemlər var, buna görə də büdcəyə olan borc ödənilməlidir. Burada qanunsuz heç nə yoxdur”.

Deputat bankların kredit verməsinə qadağa qoyulmasının isə qanunsuz olduğunu deyib:

 “Piyada cərimələrinə görə banklardan kredit götürülməsinə qadağa qoyulması isə mümkün deyil. Çünki bank özəl təşkilatdır və kredit mülki müqavilə ilə verilir. Bank istəsə pulunu küçəyə də ata bilər. Buna qadağa qoymaq olmaz”.

Qeyd edək ki, yol hərəkəti qaydasını pozduğuna görə piyadalar 20 manat cərimə olunur. 2016-cı ildə 130 min şəxs bu formada cərimələnib.


2 İyul 2022
Cəmiyyət

Polis Günü Şuşada qeyd edilib - FOTO

2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.

2 İyul 2022
Cəmiyyət

Bazar günü 32 dərəcə isti və yağış gözlənilir - PROQNOZ

Azərbaycan ərazisində iyulun 3-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

2 İyul 2022
Cəmiyyət

Səbail rayonunda Polis işçilərinin peşə bayramı qeyd edildi - FOTO

Səbail rayonunda Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

2 İyul 2022
Cəmiyyət

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür

Bu gün Azərbaycandan zəvvarların sonuncu qrupu Həcc ziyarətinə yola düşür.

2 İyul 2022
Cəmiyyət

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.