Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “20 Yanvar – fəxrlə andığımız gün” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı keçmiş Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb, bu faciənin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də Qara Yanvarın heç vaxt yaddan çıxmayacağını vurğulayıblar.
Məktəblilər 20 Yanvara həsr olunmuş “Tariximizin unudulmayan günü” adlı kompozisiya nümayiş etdiriblər.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.