20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib
07 2017 08:44

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, planda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.