20 Yanvar - millətimizin şanlı səhifəsi Argentina mediasının gündəmində

20 Yanvar - millətimizin şanlı səhifəsi Argentina mediasının gündəmində
20 2017 16:31

Argentinanın “Equilibrium Global” analitik portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub.

Trend portala istinadən xəbər verir ki, yanvarın 19-da Argentinanın “Equilibrium Global” analitik portalında “SSRİ-nin dağılması dövründə tarixin yazılması. Bakıda nə baş verib?” başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, SSRİ-nin dağılması prosesində Azərbaycanda “Qara Yanvar” kimi tanınan faciə baş verib. 1990-cı ilin yanvar ayında silahlarla təchiz edilmiş sovet qoşunu Qorbaçovun göstərişi ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq məqsədi ilə Bakıya hücum edib. Qeyd olunur ki, Azərbaycan keçmiş Sovet respublikaları arasında müstəqillik uğrunda hərəkatı başlayan ilk ölkə idi.

Məqalədə qeyd olunur ki, 1990-cı ilin yanvar ayında mülki əhaliyə qarşı görünməmiş amansızlıqla qətliamın törədilməsi danılmazdır və nəticədə 100-dən artıq insan öldürülüb, 700-ə yaxın insan ağır yaralanıb. Azərbaycan cəmiyyəti tarixən (indinin özündə də) multietnik xarakterə malikdir, bu səbəbdən ölənlər arasında rus, ukraynalı, yəhudi, ləzgi, tatar və s. millətlərdən olan mülki insanlar da olub.

Daha sonra vurğulanır ki, Sovet qoşunları məqsədlərinə çatmayaraq Bakını tərk etdilər və 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bəyan etdi. Hər il Azərbaycan üçün həssas tarix olan “Qara Yanvar”da ölkələrinin müstəqilliyi uğrunda ən yüksək dəyəri ödəmiş qurbanların xatirəsi ehtiramla yad olunur. Faciəvi tarix kimi anılmasına baxmayaraq, “Qara Yanvar” Azərbaycanın SSRİ-dən müstəqilliyinin qazanılması yolunda bir dönüş nöqtəsidir. Bu, ölkəni müstəqil respublikaya çevirmiş və vətənpərvərlik hissini yüksəltmiş bir hadisədir.


10 Dek 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

10 Dek 2024
Cəmiyyət

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".

10 Dek 2024
Cəmiyyət

Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.

10 Dek 2024
Cəmiyyət

Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

10 Dek 2024
Cəmiyyət

Günəşdə güclü partlayış qeydə alındı

Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.