1958-ci ildə “Qızıl top” mükafatına layiq görülmüş Raymon Kopa vəfat edib

1958-ci ildə “Qızıl top” mükafatına layiq görülmüş Raymon Kopa vəfat edib
04 2017 14:23

Fransalı futbolçu Raymon Kopa ömrünün 86-cı ilində vəfat edib. Frans-Press agentliyi bu barədə məlumatı idmançının doğmalarına istinadla yayıb.

Futbol karyerasına 1940-cı illərdə gənclərdən ibarət “Nö-le-min komandasında başlamış Raymon Kopa “Qızıl top” mükafatına layiq görülmüş (1958-ci il) ilk fransızdır.

AZƏRTAC “Euronews” agentliyinə istinadla bildirir ki, R.Kopa “Anjers” (1949-1951), “Stad de Reyms” (1951-1956), “Real Madrid” (1956-1959), “Stad de Reyms” (1959-1967) klublarında hücumçu mövqeyində oynayıb. 1952-1962-ci illərdə futbol üzrə Fransa milli yığma komandasında çıxış edib. 1967-ci ildə ayağını sındırmış idmançı bu hadisədən sonra karyerasını bitirməyə məcbur olub.

Raymon Kopa 1953, 1955, 1960 və 1962-ci illərdə Fransa çempionu, üç dəfə (1957, 1958 və 1959-cu illərdə) Avropa Çempionları Kubokunun sahibi olub, 1959-cu ildə Avropada iki nömrəli futbolçu kimi “Gümüş top” mükafatına layiq görülüb. 1970-ci il noyabrın 30-da Kopa “Fəxri Legion” ordeni ilə təltif edilmiş ilk futbolçu olub.


24 Mar 2023
Dünya

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

24 Mar 2023
Dünya

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

24 Mar 2023
Dünya

Rusiyada zavodda yanğın başlayıb

Rusiyanın Aramil şəhərində zavodda yanğın başlayıb.

24 Mar 2023
Dünya

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

24 Mar 2023
Dünya

Türkiyədə çay fabrikində güclü yanğın olub - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.