16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - Ekspertdən şok açıqlama

16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - Ekspertdən şok açıqlama
09 2017 17:12

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib. Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit” markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır” deyə suallar səsləndirir.
 BAKU.WS-in xəbərində bildirilir ki, BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.
 
 O, Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detallar açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır: "Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır...” 
 Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir:  "Bu , faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulmur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. 20 Yanvar metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir. 
 Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri. 
 20 Yanvar ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq” edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır”.

19 May 2022
Cəmiyyət

Azərbaycanda ilk dəfə daş buğa fiquru TAPILDI - FOTO

Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlarda aparılan monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.

19 May 2022
Cəmiyyət

Kamran Əliyev: “DİN və DTX əməliyyatlara cəlb olunub” - VİDEO

Ötən il 8, bu ilin 5 ayı ərzində isə 7 gizli cinayət işinin üstü açılıb.

19 May 2022
Cəmiyyət

Ceyhun Bayramov Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb - FOTO

18 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

18 May 2022
Cəmiyyət

ABŞ-ın Avropa Komandanlığının nümayəndələri Bakıya gəliblər - FOTO

“Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.

18 May 2022
Cəmiyyət

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Güclü külək əsəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san olacağı gözlənilir.