1319 dollara flaş kartlar satışa çıxarıldı

1319 dollara flaş kartlar satışa çıxarıldı
02 2017 09:20

“Kingston” şirkəti həcmi 1 və 2 terrabayt olan “DataTraveler Ultimate GT” flaş kartların satışına başlayıb.

REALPRESS.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə CES-2017 sərgisində elan olunub. 

İstehsalçının sözlərinə görə, “DataTraveler Ultimate GT” cihazı dünyada ən tutumlu flaş toplayıcısı hesab olunur. Onlar USB 3.0 interfeysi ilə təchiz edilib. Oxuma sürəti 300 MB/s, yazma sürəti isə 200 Mb/s təşkil edir.

“DataTraveler Ultimate GT”-nin ölçüləri 75,18 x 27 x 21,02 mm-ə bərabərdir. Cihaz -25 °C-dən 60 °C-ə qədər temperaturda işləməyə hesablanıb. 

O, “Windows 10”, “Windows 8.1”, “Windows 8”, “Windows 7 (SP1)”, “Mac OS v.10.9.x+”, “Linux v.2.6.x+” və “Chrome OS” əməliyyat sistemləri ilə uyğun gəlir. 

İstehsalçı 5 illik zəmanət təqdim edir. Həcmi 2 terrabayt olan “DTUGT/2TB” modelinin qiyməti isə 1319 dollar təşkil edir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.