Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 387,3 milyon manatlıq məhsul istehsal olunub. Metallurgiya sənayesində 2,0 faizlik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,9 faizlik artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində sahə üzrə 48,1 min ton (61,1 faiz çox) polad borular, 316,7 min ton (17,8 faiz çox) polad tökmə, 2,4 min ton (2,5 dəfə çox) ayna çuqun və sair tökmə çuqun istehsal edilib.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.