10 gün ərzində elektron qaydada daşınmaz əmlaka reyestrdən çıxarışın verilməsi proseduru qüvvəyə minib

10 gün ərzində elektron qaydada daşınmaz əmlaka reyestrdən çıxarışın verilməsi proseduru qüvvəyə minib
18 Noy 2016 06:59

Bu gündən Azərbaycanda elektron qaydada daşınmaz əmlaka 10 gün ərzində dövlət reyestrindən çıxarış verilməsi ilə əlaqədar prosedur qüvvəyə minib. Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən bəzi elektron xidmətlərin inzibati reqlamentlərinə dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişkilk edilib və dəyişilik bu gündən qüvvəyə minib. Reqlamentə dəyişiklik Azərbaycan prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 5 aprel 2016-cı il tarixli, 191-VQD nömrəli Qanununun tətbiqi haqqında” 28 aprel 2016-cı il tarixli sərəncamının icrası ilə bağlıdır. Başqa sözlə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 5 aprel 2016-cı il tarixli qanuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına almalı və dövlət reyestrindən çıxarış verməlidir. Bundan əvvəl bu müddət 20 gün olub. Eyni zamanda daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.

Qeyd edək ki, bu inzibati reqlament əsasında göstərilən daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin elektron qəbulu xidməti qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış müəssisələr tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada bağlanılmış əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin və sənədlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi, çıxarışların verilməsindən imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılması ilə bağlı qaydaları müəyyən edir. “emdkdedrx.gov.az” elektron ünvanında təqdim edilən elektron xidmət ödənişlidir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə görə dövlət rüsumu 30 manat, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinə görə dövlət rüsumu 20 manat, istifadəçinin sifarişi ilə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu isə 50 manatdır. Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur. Ərizə istifadəçi tərəfindən imza (elektron imza) ilə (dövlət və bələdiyyə orqanı, hüquqi şəxs olduqda imza və möhürlə) təsdiq edilməsindən sonra fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənəd (hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə), alqı-satqı və ya bağışlama müqaviləsi, vərəsəlik şəhadətnaməsi və açıq hərracın nəticələrinə dair yekun protokol, dövlət orqanları, bələdiyyələr və hüquqi şəxslər üçün isə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dövlət və bələdiyyə orqanının əsasnaməsinin və ya nizamnaməsinin rekvizitləri, alqı-satqı və ya bağışlama müqaviləsi, açıq hərracın nəticələrinə dair yekun protokol və hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamənin skan edilmiş surətləri ilə birlikdə Xidmətin daşınmaz əmlakın yerləşdiyi ərazi idarəsinə elektron formada göndərilir.

APA


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.