102-ci bazanın qoşunları hərəkətə keçdi, dağlara doğru irəliləyir

102-ci bazanın qoşunları hərəkətə keçdi, dağlara doğru irəliləyir
14 2017 09:24

Cənub Hərbi Dairəsinin qoşunlarının qəfil döyüş hazırlığı yoxlaması çərçivəsində Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qüvvələri yüksək dağlıq ərazilərdə yerləşən “Alagöz” və “Kamhud” poliqonlarına doğru hərəkətə keçib. Bölmələr poliqonlara qədər 100 kilometrə qədər məsafə qət etməlidir.
Bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirir.
Hərbi manevrlər Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya sabah başlayacaq ikigünlük səfərindən bir gün əvvələ təsadüf edir. Kreml bildirir ki, prezident Vladimir Putin Serj Sərkisyanla ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yollarını da müzakirə edəcək. Rusiya ordusunun Ermənistanda təlimlərə başlamaq üçün Sərkisyanın Moskvaya səfəri ərəfəsini seçməsinin təsadüf olub-olmadığını demək çətindir.
Cənub Hərbi Dairəsi bildirir ki, 102-ci bazanın qüvvələrinin dağlıq ərazilərə doğru hərəkətini havadan pilotsuz kəşfiyyat aparatları, o cümlədən “müasir kəşfiyyat kompleksinin bütün nümunələri” müşahidə edir. Qoşunların hərəkəti zamanı Ermənistanın hava məkanının qorunmasını Buk-M1-2, S-300B zenit-raket sistemləri, İrəvandakı “Erebuni” aviabazasının qırıcıları təmin edəcək.
Bildirilir ki, Ermənistan ərazisində Rusiya qoşunlarının təlimləri bir həftə davam edəcək, təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə şərti hədəflərə mərmilərdən atəş açılacaq. İkinci mərhələ isə dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşən “Alagöz” poliqonunda keçiriləcək. Burada aviasiyanın, o cümlədən vertolyotların dəstəyi ilə bütün silah növlərindən döyüş atışları həyata keçriləcək, şərti düşmənin əsas hədəfləri müəyyən edilərək əks hücum başladılacaq, Ermənistan ərazisinə müdaxilə etmiş şərti düşmənin zirehli texnikası, digər mühüm hədəfləri vurulacaq.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.