Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən paytaxt otellərinin əməkdaşları üçün “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları” mövzusunda seminar keçirilib.
RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda qulaq, burun, boğaz və baş boyun cərrahı Anar Əsgərov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda yuxarı tənəffüs yolları, qrip və soyuqdəymənin fərqli simptomları, qrip və yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri zamanı müalicə və qorunma yolları, sonrakı fəsadlaşmalar, nazofaringit, tonzillofaringit, kəskin bakterial rinosinusit, kəskin orta otitin əlamətləri, müayinə və müalicələri barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.