“Yaşıl dəhliz” layihəsi şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərəcək

“Yaşıl dəhliz” layihəsi şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərəcək
14 Dek 2016 17:17

Dekabrın 14-də Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün “Açıq Qapı Günü” keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir departamentin vergiödəyicilərinə xidmət mərkəzi ilə tanışlıqdan başlayıb. Mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verilib.

Bildirilib ki, lazımi maddi texniki baza ilə təmin olunan mərkəz ötən il vergiödəyicilərinin istifadəsinə verilib. Xidmət Mərkəzində vergiödəyicilərinə mövcud vergilər, onların hesablanması və ödənilməsi qaydaları, ödəyicilərin və vergi orqanlarının hüquq və vəzifələri, qanunvericiliyin tətbiqi məsələləri, bəyannamələrin təqdim olunması müddətləri, vergi güzəştlərindən istifadə imkanları, vergi borcu haqqında ətraflı məlumatlar verilib, vergi xidmətləri göstərilib.

Sonra KİV nümayəndələri üçün şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyicilərinə “Yaşıl dəhliz” prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat keçirilib.

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, görüşün məqsədi ictimaiyyəti Vergilər Nazirliyinin vergi sahəsində həyata keçirdiyi islahatların davamı olan yeni “Yaşıl dəhliz” layihəsi ilə tanış etməkdir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində şəffaf vergi partnyorluğu prinsipi əsasında fəaliyyət göstərən vergiödəyiciləri ilə aparılacaq işlərin, onlara göstəriləcək xidmətlərin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar təsdiq edilib.

Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyicilərinin müəyyən edilməsi meyarlarını, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Bildirilib ki, vergiödəyiciləri “Partnyor vergiödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.

Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz” prinsipi əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün “dəyirmi masa”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.

Ə.Məmmədovun sözlərinə görə, koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergiödəyicilərinin siyahısı, onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu digər vergiödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergiödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.

İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 400-dən çox olduğunu bildirən Ələkbər Məmmədov hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda həmin təkliflərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

Tədbirdə o da bildirilib ki, vergi orqanları şəffaf partnyorluq prinsipi əsasında fəaliyyət göstərən ödəyicilərə münasibətdə yaranan ziddiyyətli məqamları qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaq, onların müraciətlərinə mövcud qanunvericilikdə müəyyən edilmiş müddətlərdən daha tez baxılacaq.

Ə.Məmmədov qeyd edib ki, “Yaşıl dəhliz” layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməletmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq.

Tədbirin sonunda mətbuat konfransı keçirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.