“Xruşşovka”ların yerində bu binalar tikiləcək – FOTO

“Xruşşovka”ların yerində bu binalar tikiləcək – FOTO
15 2017 15:31

“Tikinti şirkətlərinə bütün məsələlərdə dövlət orqanları tərəfindən problemlərin həllində kömək ediləcək”.

REALPRESS.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Bakının 1-ci mikrorayon ərazisində olan “Xruşşovka”ların sökülməsi ilə bağlı brifinqdə çıxış edən Agentliyin rəisi müavini Elxan Əsədov deyib.

O bildirib ki, bunun üçün sakinlər yeni evlərə köçürülənə qədər kirayə evlərdə məskunlaşacaq və onlara bunun üçün kompensasiya veriləcək:

“Tikiləcək mənzillərin sahəsi ən azı 10 faiz artıq olmalıdır. Kommersiya tipli yaşayış sahələrinin də kirayə haqqı qarşılanacaq. İstəsələr, birdəfəlik satıb yaşayış sahəsinə iddiaçı da olmaya bilərlər. Bunlar müqavilələrdə əks olunacaq. Həmin rayonda 2 uşaq bağçası, 1 məktəb, uşaq yaradıcılıq mərkəzi kimi sosial obyektlər var. Həmin obyektlər FHN-lə birgə digər aidiyyəti qurumlarla müşahidələr aparılacaq. Lazım gələrsə, rekonstruksiya olunacaq. 

Yox, mümkün olmasa, sökülüb yerində yenisi tikiləcək. İlk növbədə, şəhərsalma planı hazırlanmalı və maliyyə imkanları tapılmalıdır. Sonra layihələndirmə işləri başlanılacaq. 

Ərazi boşaldıqdan sonra isə layihələr tenderə çıxarılacaq. Son olaraq isə məskunlaşma mərhələsi olacaq. Ərazi 29 hektardan ibarətdir. İlkin araşdırmaya görə, 1729 ailə köçürüləcək. Yeni tikiləcək binaların sayı 30-u keçməyəcək”.

Brifinqdə “Xruşşovka”ların yerində tikiləcək binaların fotoları da nümayiş etdirilib:

 


14 Fev 2025
Cəmiyyət

Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.

14 Fev 2025
Cəmiyyət

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 14-də Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

14 Fev 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 15.02.2025

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

14 Fev 2025
Cəmiyyət

Pirşağıda həyətdən sursat tapılıb

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb.

14 Fev 2025
Cəmiyyət

Bu yolun bir hissəsi yenidən quruldu - FOTO - VİDEO

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.