“Word” proqramına süni intellekt tətbiq edilib

“Word” proqramına süni intellekt tətbiq edilib
31 2017 17:03

“Microsoft” şirkəti “Office 365” paketinə daxil olan “Word” proqramı üçün “Korrektor” panelini təqdim edib. Paneldə süni intellekt texnologiyaları tətbiq olunur. Bu, qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin üslubiyyatının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.

AZƏRTAC “dgl.ru” saytına istinadla xəbər verir ki, “Korrektor” paneli “Word” proqramındakı “Yazı qaydaları” funksiyası kimi işləyir və yazı üslubunun təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir. Məsələn, “maybe” və “basically” (“ola bilər” və “əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar “şübhəli” kimi işarələnir.

İlk baxışda alqoritm sadə görünür, lakin “Word” yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really (“həqiqətən”) sözü “həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir. Bu halda sadəcə “yaxşı” yazmaq daha uyğundur və “Word” bunu “məsləhət görür”. Əgər müəllif “Həqiqətən?” sualını verərsə proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mümkün deyil və daha başqa təklif irəli sürməyəcək.

“Korrektor” paneli standart orfoqrafiya panelində yer alıb və F7 yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. “Word” potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.

“Office” və “Microsoft”un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal tətbiq edirlər. Belə ki, 2014-cü ildə “Skype”da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 2016-cı ildə isə “Office” proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan “İntellektual axtarış” funksiyası əlavə olunub.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.