“Windows 10” üçün yeni “Təhlükəsizliyin təminatı mərkəzi” hazırlanıb

“Windows 10” üçün yeni “Təhlükəsizliyin təminatı mərkəzi” hazırlanıb
25 2017 12:32

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows Defender Security Center” (“Təhlükəsizliyin təminatı mərkəzi”) interfeysini nümayiş etdirib. Yeni komponent fərdi kompüterlərin mühafizə variantlarına baxmağa və idarə etməyə imkan verir.

AZƏRTAC “DailyComm” resursuna istinadən xəbər verir ki, interfeysdə “Virus və təhlükələrdən mühafizə”, “Qurğunun məhsuldarlığı və iş qabiliyyəti”, “Şəbəkə brandmaueri (şəbəkələrarası ekran) və mühafizəsi”, “Əlavələr və brauzerin idarə edilməsi”, “Ailəvi funksiyalar” bölmələri yer alıb.

Bundan başqa, “Təhlükəsizliyin təminatı mərkəzi”ndə son “Windows” yenilənmələrinə, proqram təminatına, noutbukun və məlumat saxlancının avtonom iş vaxtına, şəbəkə qoşulmaları haqqında informasiyaya və şəbəkələrarası ekran funksiyalarına baxmaq, brauzer və digər proqramlarda funksiyaları dəyişmək, eləcə də valideyn nəzarəti funksiyasını quraşdırmaq və proqram alışlarını idarə etmək olar.

"Windows Defender Security Center" interfeysinin "Windows 10" sistemində bu ilin aprelində işıq üzü görəcək "Creators Update" yenilənməsi ilə birlikdə quraşdırılacağı gözlənilir.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.