“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb

“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
14 2017 13:44

Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - “Wi-Fi”dən istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə
 etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, “Wi-Fi” şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:


Birinci, qonşularınızın istifadə etdiyi “Wi-Fi” şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan “Wi-Fi”lərin əksəriyyəti 2,4GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.

İkinci, evinizdəki elektron məişət əşyaları da “Wi-Fi”yə mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4GHz kanalında çalışır ki, bu da yeri gələndə “Wi-Fi”yə əngəl törədə bilir.

“Wi-Fi”yə mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem “Wi-Fi”yə mane olur.

Dördüncü, insan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də “Wi-Fi”nin maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik “Wi-Fi” şəbəkəsinə təsir edir.

Beşinci səbəb rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi ilə bağlıdır. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.

Altıncı, “Wi-Fi” xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur. 

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.