“WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik
08 Dek 2016 09:43

"WhatsApp" tərtibatçıları öz messenceri üçün yeni yenilənməni işə salıblar.
Lent.az xəbər verir ki, artıq videoların baxılması daha qənaətcil və rahat olub.
 
Bu yenilənmə üçün "WhatsApp" əlavəsinin istifadəçiləri yalnız videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün olacaq.
 
Bu gün "WhatsApp"da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. Çünki bu prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez cihazlarına onlara ümumiyyətlə lazım olmayan fayllar yükləyirdilər. Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi.
 
"WhatsApp" komandası bu xahişi nəzərə alıb və "Android" cihazları üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin iOS və "Windows" əməliyyat sistemlərində işə düşəcəyini gözləmək qalır.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.