“WhatsApp” messencerinin 2.17.6 beta versiyasında GİF şəkillərin axtarılması imkanı yaradılıb.
REALPRESS.Az-ın məlumatına görə, Lent.az “vistanews.ru” saytına istinadən xəbər verir ki, artıq istifadəçilərə GİF-görüntülərin kitabxanasına rahat daxil olmaq imkanı təqdim edilir.
Bundan əvvəl GİF görüntü göndərmək üçün əvvəlcədən cihazın yaddaşına yüklənmiş şəkil lazım idi. Sonradan isə bu şəkil məlumatlara əlavə edilməli idi. GİF görüntülərin göndərilməsi üçün daha bir variant kənar, o qədər də rahat olmayan əlavələrin istifadəsi idi.
Artıq “WhatsApp” istifadəçiləri bir emodzi düyməni sıxmaqla GİF-lər olan kitabxanaya keçid əldə edə biləcəklər. Bundan başqa, açar sözlərlə lazımi şəkli axtarmaq imkanı da yaradılıb.
Qeyd etmək lazımdır ki, bu xidmət “WhatsApp” messencerində rəqiblərindən xeyli gec yaradılıb. Yeni funksiyanı ancaq 2.17.6 beta versiyasında istifadə etmək mümkündür. Onun standart versiyada bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik məlum deyil.
“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.