“WhatsApp” messencerində mesajları ələ keçirməyə imkan verən boşluq aşkar edilib

“WhatsApp” messencerində mesajları ələ keçirməyə imkan verən boşluq aşkar edilib
14 2017 17:13

Ötən ilin aprelində populyar “WhatsApp” messencerinin tərtibatçıları bütün istifadəçilər üçün “end-to-end” şifrləməsini aktivləşdiriblər və bunun sayəsində mesajlar yalnız yazışma iştirakçılarına əlçatandır. Amma xidmətdə istifadəçilərin mesajlarını ələ keçirməyə imkan verən kritik boşluq aşkarlanıb.
 
Kaliforniya universitetinin kriptoqrafiya və təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Berkli Tobias Bolter bu boşluğu müəyyən edib. O, “WhatsApp” messencerinin şifrələmə texnologiyasını öyrənib və şifrləmə açarlarının generasiyası alqoritmində tapdığı boşluq yazışmaları oxumağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru  saytına istinadən yazır ki, “WhatsApp” messencerində hər bir istifadəçiyə onun telefon nömrəsinə bağlanmış unikal şifrləmə açarı təyin edilir. Buna görə istifadəçi öz hesabı ilə yalnız bir qurğudan yazışa bilər. Amma Tobias Bolter aşkar edib ki, “WhatsApp” oflaynda olan istifadəçilər üçün yeni şifrləmə açarları yaradır. Bu səbəbdən mesaj göndərənin qurğusu təkrar şifrləmə həyata keçirir və yeni açardan istifadəyə əsaslanan “çatdırılmış” kimi nişanlanmamış mesaj göndərir. Bu halda qəbul edən şifrləmə açarının dəyişdirilməsindən xəbərsiz olur. Tobias Bolter əmindir ki, şifrləmə açarının dəyişildiyi an “WhatsApp” messencerinin yaradıcıları istifadəçilərin mesajlarını ələ keçirə və oxuya bilərlər.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.