“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı Tədbirlər Planı qəbul edilib

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı Tədbirlər Planı qəbul edilib
29 Dek 2016 17:39

“Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli Qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, ötən illər ərzində milli vergi sistemində də geniş islahatlar aparıldığını vurğulayıb.

Bildirib ki, çevik vergi siyasətinin həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, onlara geniş xidmətlərin, o cümlədən elekron xidmətlərin təqdim edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Vergilər naziri Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı barədə məlumat verib. Diqqətə çatdırıb ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyən etmiş sərəncamdan irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergiödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edib ki, cari ilin sentyabr ayında Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəmizə yüksək reytinq verib.

F.Məmmədov sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər Qanun layihələrinin artıq qəbul olunduğunu və dövlət başçısı tərəfindən imzalandığını diqqətə çatdırıb.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edildiyini vurğulayan nazir bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Kollegiya iclasında Vergi Məcəlləsində dəyişikliklərdən irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb, real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətraflı müzakirə olunub.

Kollegiyada “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı Tədbirlər Planı qəbul edilib.

F.Məmmədov Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icrasının təmin olunması məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi, nazir müavinlərinin və bir sıra qurum rəhbərlərinin də daxil olduğu İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı konkret tapşırıqlar verib.


17 Apr 2021
İqtisadiyyat

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

16 Apr 2021
İqtisadiyyat

Neft sənayesində yeni dövrün çağırışları: Mütəxəssislər yeni səriştələrə yiyələnməlidir

Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub. 

16 Apr 2021
İqtisadiyyat

SOCAR-ın xaricə satdığı neft və qaz həcmləri məlum oldu

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.

16 Apr 2021
İqtisadiyyat

SOCAR neft məhsulları ixracını kəskin artırıb

2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.

16 Apr 2021
İqtisadiyyat

Ölkədə inflyasiya səviyyəsi artıb

2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz təşkil edib.