Dünyanın ən böyük taksi xidməti olan “Uber” şirkəti ötən həftə baş verən sürücüsüz avtomobilin qəzasından sonra San-Fransiskoda dayandırdığı sürücüsüz avtomobil testlərinə yenidən başlayıb.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, şirkət Arizona və Pittsburgh ştatındakı sürücüsüz avtomobil testlərinə də qısa müddət ərzində başlayacaq.
“Uber” şirkətindən bildirilib ki, sürücüsüz avtomobil texnologiyasının sınağı zamanı baş verən qəzada ciddi bir xəsarət olmayıb. Polis qəzanın yolda gedən başqa nəqliyyat vasitəsinin sürücüsüz avtomobilin dönməsinə icazə verməməsi səbəbindən baş verdiyini deyib.
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
İsrail ordusunun Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.