“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti yanvar ayı ərzində gündəlik 110 min barrel neft ekvivalentində istehsal reallaşdıraraq ən yüksək hasilat səviyyəsinə çatıb.
AZƏRTAC TPAO-ya istinadla xəbər verir ki, şirkət tərəfindən yanvarda Türkiyədə 34 min barrel, xaricdə isə 43 min barrel neft hasil olunub. Bu ay TPAO-nun qaz hasilatı isə Türkiyədə 775 min kubmetr, xaricdə də 4 milyon 700 min kubmetr olub. Bununla da şirkət sözügedən ayda cəmi 33 min barrel neft ekvivalenti istehsala uyğun gələn 5 milyon 475 min kubmetr qaz hasil edib.
Şirkət 2023-cü ildə gündəlik hasilatını 190 min barrelə çıxarmağı hədəfləyir.
Bildirilir ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur.
Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.