Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi S 203 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti–döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gəmi xidməti–döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.
Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqlarla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.
Milli Məclisin yaz sessiyasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər yayıb.
Aşağı gəlirli olan insanlara təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur.
Brifinqdə söylədiyim “Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar” fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.